Kanadanın 11-12 yaşlı hokkeyçilərdən ibarət "Lak Sen-Lui" komandasının məşqçisi qovulub. 

Unikal.org-un məlumatına görə, buna səbəb Lui İzabellanın oyunçulara cəza verməsi olub.

Son görüşünü 2:7 hesabı ilə məğlub başa vuran komandanın məşqçisi oyundan sonra uşaqlara əyinlərini dəyişmədən jim etdirib. Bundan sonra klub rəhbərliyi məşqçini qeyri-müəyyən müddətə vəzifəsindən azad edib. Onu nizam-intizam dinləmələri gözləyir.

Bu addımı ilə məşqçi Kanada idmanının mərkəzi etika kodeksini pozub.