Aparıcı Hacı Nuran Hüseynov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə bir araya gəlib.

Unikal.org-un axşam.az-a istinadən məlumatına görə, aparıcı özünün hazırladığı gödəkçənin fotosunu paylaşaraq, hər kəsi heyvanları qorumağa çağırıb:

"Bu mənim əl işimdir. İlan dərisi düşünənlər istirahət etsin, bu adi parçadır. Təbiətdə olan hər bir məxluqu qorumaq hər birimizin borcudur. Heyvanların Müdafiə Günündə İDEA-nın rəhbəri Leyla Əliyeva hər kəsi təbii dəri geyimlərdən imtina etməyə çağırır. Heç olmasa bu gün onlara gözəl davranaq, təbiəti qoruyaq.