ABŞ-da həbs edilən azərbaycan əsilli iş adamı Rza Zərrabın ötən gün növbəti məhkəməsi olub.
Unikal.org-un Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, həbsxanadan yeraltı tunellərlə çıxarılaraq məhkəmə binasına gətirilən Rza barəsində vəkilləri danışıb.
Məhkəmədə təqsirləndirilən şəxsin vəkillərinin çıxışından başqa, Ebru Gündeşilə boşanma prosesində Rzanı təmsil edəcək vəkil Şebnem Eriş də ifadə verib. O bildirib ki, Ebru Gündeş Rzadan boşanmaq üçün məhkəməyə ərizə göndərməyib.
Qeyd edək ki, məhkəmə yanvar ayına kimi təxirə düşüb.