Şəkidə iki avtomobil toqquşub.

"Unikal" xəbər verir ki, hadisə bu gün Şəki-Qax yolunun rayonun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan "Mersedes" markalı minik avtomobili ilə Göyçay rayon sakini 1979-cu il təvəllüdlü Muradov Anar Neymət oğlunun idarə etdiyi "Ford Transit" markalı yük avtomobili toqquşub. Hadisə zamanı ikisi azyaşlı olmaqla ümumilikdə 4 nəfər xəsarət alıb. Onlar təcili yardım avtomobili ilə Şəki rayon Mərkəzi xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli