Ağdaşda ağır yol qəzası baş verib. 

Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, Bakı-Qazax magistralının 258-ci kilometrliyində "NAZ Lifan" markalı, 16 BB 457 dövlət nömrə nişanlı avtomobil aşıb. Avtomobili idarə edən 40 yaşlı kişi hadisə yerində ölüb.

Bildirilir ki, ölən şəxs Qarabağ müharibəsi veteranı olub.