Sentyabrda vəfat edən türk aktyoru Tarık Akanın xatirəsini əbədiləşdirmək üçün ömrünü keçirdiyi küçəyə onun adı verilib.
Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, Tarık Akanın qonşuları aktyorun adının küçəyə verilməsi üçün imza toplama kampaniyası keçiriblər. Toplanan imzalar Bodrum Bələdiyyə Məclisinə təqdim edilib və keçirilən iclasda Bodrumun Akyarlar məhəlləsindəki Yalı küçəsinin bundan sonra Tarık Akan küçəsi adlanması barədə qərar verilib.