Ağacda budama işi görən Astara sakini yıxılaraq ölüb.
"Unikal" xəbər verir ki, hadisə rayonun Ovala kəndində baş verib. Ağ Körpü kənd sakini 1970-ci il təvəllüdlü Surxay Seyyidəhməd oğlu Abdullayev ağac budamaq üçün qonşu Ovala kəndinə gedib. Hündürlüyü təqribən 40 m olan ağacın 30-35 metrliyində budama işləri görərkən ordan yıxılıb. S.Abdullayev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Əraziyə aidiyyəti qurumların nümayəndələri cəlb olunub.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Qeyd edək ki, S.Abdullayev günəmuzd işləyirdi.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev