Dünyadakı bütün peşələr şübhəsiz öncə onların öz sahibləri üçün maraqlıdır. Eləcə də balıqçı peşəsi. Xəzər dənizi ətrafında, göllərdə, çaylarda tilovla (qarmaqla) balıq tutanlara tez-tez rast gəlmək olur. Bu sahə əksər insanlar üçün bir hobbidir. Kimisi əsəblərini sakitləşdirmək üçün, kimisi də qarmaqla tutduğu balıqla qidalanmaq üçün bunu edir.

Unikal.org bu hobbi ilə məşğul olanlar üçün maraqlı məlumat əldə edib.

Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev Unikal.org-a qarmaqla nə qədər balıq tutmağın şərtlərini açıqlayıb. O, bildirib ki, bütün növ ovçuluq təsərrüfatı üçün müvafiq qaydalar mövcuddur.

Qarmala balıq tutmağın şərtləri isə belədir:

-Hər bir adam 7 qarmaqla balıq tuta bilər. Qarmaqda 12 nömrədən ibarət olmalıdır.

-Qoruqda, balıq artırma yerləri istisna olmaqla bütün təbii su ehtiyatı olan ərazilərdə qarmaqla balıq tutmağa icazə var.

-Hər bir adam 5 kiloqramdan artıq balıq tutmamalıdır.

-Çəkik balığı 40 santimetrdən, külmə balığı 17 santimetrdən, kütüm balığı 35 santimetr, xəşəm 41 santimetrdən balaca olmamaq şərti ilə tutula bilər. Digər balıq növlləri də var ki, onlar üçündə tələblər var.

-Ümumiyyətlə durna (şuka) və naxa balığının istər qırmağla, istərsədə digər vasitələrlə tutulması qadağandır.

-Aprel, may aylarında balıqların kürütökmə vaxtı olduğundan bu aylarda qarmağ atmaq qadağandır. 

Qarmağla bu tələbləri pozan şəxslər qanun qarşısında cavab verirlər. Əgər belə hallar kimdəsə aşkar olunarsa o xüsusi məhsuliyyətə cəlb olunacaq.