Əməkdar artist Firuzə İbadova ailəsi ilə birlikdə "10-dan sonra" verilişinin qonağı olub. Verilişə yarıdan qatılan əməkdar artist Rəhman Rəhmanov illərdir gizli qalan faktın üstünü açıb:

"Mən bu ailə ilə uzun illərdir ki, dostam. Firuzə və Rəhilə mənim çox yaxın dostlarımdır. Onların hər ikisinin həyat yoldaşı ilə mən dost olmuşam. Sizə bir faktın da üstünü açım. Mən Firuzəni cavanlıqda bir müğənni kimi sevmişəm. Bunu ilk dəfə sizin verilişdə açıqlayıram. Sübut üçün çəkdirdiyimiz şəkili də sizə göstərə bilərəm".

Unikal.org-un məlumatına görə, Milli.Az-a açıqlamasında isə Rəhman Rəhmanov xəbəri yarı ciddi, yarı zarafat söylədiyini bildirib:

"Bilirsiz, biz komediya aktyoruyuq. Efirə çıxanda elə mövzulara toxunmalıyıq ki, onlar həm maraqlı olsun, həm də tamaşaçıları düşündürsün. Buna görə də yarı ciddi, yarı zarafat bunu etiraf etdim. Amma, həqiqətən də, mən o xanımı sevmişəm".

Əməkdar artistdən canlı efirdə gözlənilməz etiraf: "Firuzə İbadovanı sevmişəm" - FOTO