Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Məmmədəli Sədullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Unikal.org trend-ə istinadən  məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Sədullayev 6 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsində olan bağ evlərinin birində bağban işləyən paytaxt sakini, əvvəllər məhkum olunmuş Məhəmmədəli Sədullayevin həmin evin həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirdiyi 168 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Ona Cinayət Məcəlləsinin 237-ci (Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) maddəsi ilə cinayət işi açılıb.