Bakıda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Unikal.org -a verilən məlumata görə, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 92 kv.m olan 5 otaqlı mənzilin 3 otağının yanar konstruksiyaları 57 kv.m sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.