"Sədərək" ticarət mərkəzinin yanında səhər saatlarında sərnişin avtobusu yanıb.

Unikal.org xəbər verir ki, bu haqda Milli.Az-a hadisənin şahidi bildirirb.

O qeyd edib ki, hadisə yerinə iki yanğınsöndürən maşını və bir təcili tibbi yardım maşını gəlib.

"Hadisə Binəyə gedən yolda səhər 08.30 radələrində baş verib. Avtobusun külü qalmışdı, hətta nömrəsi də yanmışdı", - o bildirib.

İlkin məlumata görə, hadisə zamanı xəsarət alan yoxdur.