Qabil Quliyev dünyasını dəyişən xanımına ad günü təbriki ünvanlayıb

Unikal.org primetime.az-a istinadən  xəbər verir ki, Azərbaycanın xalq artisti, Lənkəran Dövlət Dram Teatrının aktyoru Qabil Quliyev bir müddət əvvəl vəfat edən xanımını təbrik edib. Qabil Quliyev həyat yoldaşının doğum günündə sosial şəbəkədə bu fikirlərini paylaşıb:

"Bu gün sənin ad günündür, necə təbrik edim səni? Birgə yaşadığımız illər ərzində keçirdiyimiz ad günlərindən fərqlidir bu ad günün. Sənsiz keçirirəm ad gününü..."

Qeyd edək ki, xalq artisti Qabil Quliyevin həyat yoldaşı Zahirə Quliyeva 2016-cı il iyulun 4-də dünyasını dəyişib. Xatırladaq ki, Qabil Quliyev xalq artisti Nurəddin Quliyevin böyük qardaşıdır.
Xalq artisti dünyasını dəyişən həyat yoldaşını təbrik etdi - FOTO