Unikal.org xəbər verir ki, körpüdən yıxılaraq ciddi xəsarət alan Nahid Zahidov təcili yaxınlıqdakı xəstəxanaya aparılıb.
AFFA rəhbərliyi xəsarət almış azarkeşə xəstəxanada baş çəkib. Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, hazırda reanimasiyada olan xəstənin vəziyyəti ilə maraqlanan rəhbərlik onun bütün müalicə xərclərini öz üzərinə götürüb.