Aİ Şurası İttifaqərazisinə daxil olan hər kəsin yoxlanılmasına dair qərar qəbul edib.
"TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə Aİ-yə sədrik edən Niderlandın təhlükəsizlik və ədliyyə katibi Klas Düykoff Aİ Şurasının DİN rəhbərləri səviyyəsində keçirilən iclasından sonra bildirib. Onun sözlərinə görə, bundan sonra Avropa İttifaqının sərhədlərindən keçən şəxslərin adlarının polis məlumat bazalarında olub-olmadığı yoxlanılacaq.
Məlumata görə, qərar Aİ ölkələrinin vətəndaşları da daxil olmaqla, Avropa İttifaqına gələn şəxslərin hamısının yoxlanılmasını nəzərdə tutur. (apa)