"Samsung" şirkəti "Galaxy Note 7 model telefon cihazlarının istehsalını dayandırmağa qərar verib.
Unikal.org  xarici mənbələrə istinadən xəbər verir ki, mobil cihazlardakı ciddi nöqsanlar şirkəti belə addım atmağa məcbur edib. Şirkət nümayəndləri bəyan edib ki, istehsalın dayandırılması müvəqqəti xarakter daşıyır. Texniki nasazıq aradan qaldırılandan sonra cihazın istehsalı bərpa ediləcək.

Qeyd edək ki, texniki nöqsanlar "Galaxy Note 7 cihazlarında partlayışlara səbəb olub. Problemin aradan qaldırılması üçün şirkət 2,5 milyon ədəd telefonu geri çağırıb.