"Yerli "İnter Glass şirkətinin istehsal etdiyi şüşə tara məhsulları keyfiyyətinə görə yüksək tələblərə cavab vermir.

Unikal.org "Marjaya istinadən xəbər verir ki, bunu "Azərsun Holdinqin İdarə Heyətinin sədri Abdollbari Goozal bildirib. "Biz məhsullarımızın qiymətinin qalxmaması üçün banka şüşələri yenidən "İnter Glass şirkətindən alacağıq. Təəssüf ki, əvvəllər "İnter Glassın məhsullarının keyfiyyəti aşağı idi. Məsələn, keçmişdə şüşə qırıntısı uşağın boğazında qaldı. Qırıntı"İnter Glassdan aldığımız bankanın içərisində qalıbmış. Bizim zavodlar da avtomatlaşdırılıb, bankanı qoydun getdi. İki nəfərdə belə hadisə oldu. Biz getdik onların əməliyyat xəclərini üzərimizə götürdük. Çünki bizim malları almışdılar. Əvvəl "İnter Glass"dan mal aldıq, amma keyfiyyətli şüşə taralar verməyi bacarmadılar. İndi söz verirlər ki, bacaracaqlar. Həmçinin bu şirkət bizi bir dəfə pis vəziyyətdə qoyub. Belə ki, "Inter Glass" Gürcüstandan böyük sifariş alıb və istehsal etdiyi taraları bu ölkəyə göndərir. Biz isə qalmışdıq tarasız, 20 gün istehsalı dayandırdıq, məhsullarımız xarab oldu. Biz bundan sonra xaricdən şüşə almağa başladıq.

Abdollbari Goozal bildirib ki, dolların bahalaşmasının yerli məhsulların qiymətini qaldırmaması üçün xammal ilə bərabər, taralar da yerli istehsal olmalıdır: "Yerli sənayenin bütün sahələri inkişaf edərsə, bir-birini dəstəkləyər. Azərbaycanda keyfiyyətli şüşə banklar istehsal olunarsa, mən də arxayın olaram.

"Inter Glass" şirkəti də, tamamilə "Azərsun Holdinqin təlabatını ödəməyi üzərinə götürmür. Şirkətdən bildiriblər ki, buna zaman lazımdır, şüşə zavodu müassirləşdiriləndən və genişləndiriləndən sonra bu mümkün ola bilər.

"İnter Glass şirkəti Azərbaycanda şüşə butulkalar və digər şüşə taralar istehsal edən ən iri zavoddur. Zavodun istehsal gücü ildə 100 mln. ədəd şüşə qabdır. Müəssisənin təsisçisi "Khazar Management Systems Ltd şirkətidir.

Şüşə məmulatların istehsalı üzrə zavodun yaradılmasının əsas məqsədi ölkəmizdə şüşə qablara olan artan tələbatın təmin edilməsidir.