Türkiyə xarici işlər nazirliyi Ermənistanın 1992-ci il fevralın 26-da törətdiyi Xocalı soyqırımı ilə bağlı yazılı açıqlama yayıb.
Nazirliyin bəyanatında deyilir: "24 il əvvəl Xocalıda hücuma məruz qalmış qardaş Azərbaycan xalqının kədərinə şərik oluruq. Ermənistan tərəfindən törədilən soyqırımı, həmçinin Azərbaycan torpaqlarının işğalını pisləyirik".(trend)