Azərbaycanın 15 məscidində Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qanvermə aksiyası keçirilir.

Unikal.org xəbər verir ki, Təzəpir məscidində keçirilən qavermə aksiyasında əhalinin fəallığı hiss olunur.

Səhər saatları olmasına baxmayaraq, artıq 400 nəfər qan verib.

Elmi Tədqiqat və Hemotologiya və Transfiziologiya İnstitunun direktoru Zöhrə Əlmirzəyeva "Reporta bildirib ki, qanverməyə gələn insanlardan ilk növbədə hansısa xəstəliklərinin olub-olmadığı soruşulur, daha sonra hemoqlabinin səviyyəsi ölçülür və qan götürülür.

Qeyd edək ki, qanvermə aksiyası ümumilikdə 15 məsciddə keçirilir:

1. Yasamal rayonu Təzəpir məscidi;
2. Yasamal rayonu Hacı Soltanəli məscidi;
3. Səbail rayonu Bibi-Heybət məscidi;
4. Səbail rayonu İçərişəhər Cümə məscidi;
5. Suraxanı rayonu Qaraçuxur məscidi;
6. Xəzər rayonu "Mir Mövsüm ağa məscidi;
7. Nizami rayonu Keşlə qəsəbə məscidi;
8. Sumqayıt şəhər "Cümə məscidi;
9. Gəncə şəhər "İmamzadə məscidi;
10. Mingəçevir şəhər "Heydər məscidi;
11. Şəki şəhər "Cümə məscidi;
12. Lənkəran şəhəri Böyükbazar məscidi;
13. Bərdə şəhər "Cümə məscidi;
14. Nəsimi rayonu Əjdərbəy məscidi.
15. Nardaran məscidi.