Şəki şəhərində yerləşən bazarda güclü yanğın başlayıb.

Unikal.org ARB Şəki-yə istinadən xəbər verir ki, səhər saatlarında bazarda başlayan yanğın az müddətdə geniş əraziyə yayılıb. Yanğını söndürmək üçün dərhal hadisə yerinə Şəki DYMH-nin canlı qüvvəsi və texnikası ilə yanaşı Qax və Yevlax rayonlarından da yanğınsöndürənlər cəlb olunub.

Hələ ki, yanğının qarşısını almaq mümkün olmayıb.

Son məlumatlara görə, yanğın 1000 kv.m ərazini əhatə edir. Sahibkarlara küllü miqdarda ziyanın dəydiyi ehtimal olunur.