Bu gün səhər saatlarında Ankarada FETÖ-ya (Fətullah Terror Təşkilatı) qarşı keçirilən əməliyyat tədbirləri zamanı xeyli polis əməkdaşı saxlanılıb.
Unikal.org-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, terror təşkilatının "ByBlock kodundan istifadə etdiyi bildirilən 235 polis tutulub. Saxlanılanlar arasında yüksək rütbəli polis zabitləri, o cümlədən polis rəisləri var.