Bu gün saat 07:00-dan başlayaraq, Azərbaycanda Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilir.

Unikal.org xəbər verir ki, qanvermə ölkə üzrə Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankından başqa, 14 məsciddə təşkil olunub.

Səhiyyə Nazirliyi Elmi Tədqiqat Transfiziologiya və Hemotalogiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva jurnalistlərə açıqlamasında deyib ki, bu gün saat 10:00a qədər 1000-ə yaxın insan artıq qan verib. Onun sözlərinə görə, qanvermə aksiyası gün ərzində davam etdiriləcək:

"Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliya və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.

Qeyd edək ki, qanvermə aksiyalarının təşkil olunacağı məscidlərin 8-i Bakıda, 6-sı isə digər rayon və şəhərlərdə yerləşir. Bunlar aşağıdakılardır:

Yasamal rayonu - "Təzəpir və "Hacı Soltanəli məscidləri;
Səbail rayonu - "Bibiheybət və İçərişəhər "Cümə məscidləri;
Suraxanı rayonu - "Qaraçuxur qəsəbə məscidi;
Xəzər rayonu - "Mirmövsüm ağa ziyarətgah-məscidi;
Nizami rayonu - "Keşlə qəsəbə məscidi;
Nəsimi rayonu - "Əjdərbəy məscidi;
Sumqayıt şəhəri - "Cümə məscidi;
Gəncə şəhəri - "İmamzadə ziyarətgah-məscidi;
Mingəçevir şəhəri - "Heydər məscidi;
Şəki şəhəri - "Сümə məscidi;
Lənkəran şəhəri - "Böyük Bazar məscidi;
Bərdə şəhəri - "Cümə məscidi.

Amid Əyyuboğlu