Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) hacı Allahşükür Paşazadə Aşura günü ilə əlaqədar bu gün "Təzəpir məscidində qan verib.

Unikal.org-un məlumatına görə, qanvermə aksiyasında Bütün Qafqazın Şeyxi ilə bərabər, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla, Dini Qurumlarla İşü zrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin İctimai birliklər və dini icmalar komitəsinin sədri Siyavuş Novruzov, millət vəkilləri - Cavanşir Paşazadə, Hüseynbala Mirələmov, Azərbaycan Dağ Yəhudiləri icmasının sədri Milix Yevdayev və digər şəxslər iştirak edib.
Xatırladaq ki, Aşura günü ilə əlaqədar bu gün səhər saatlarından qanvermə aksiyası başlayıb.

QMİ Aşura günündə 14 məscid və ziyarətgahda qanvermə aksiyası keçirir. Bunlar Yasamal rayonu "Təzə-pir məscidi, Yasamal rayonu "Hacı Soltanəli məscidi, Nəsimi rayonu "Əjdərbəy məscidi, Səbail rayonu "Bibi-Heybət məscidi, Səbail rayonu "İçərişəhər cümə məscid"i, Suraxanı rayonu "Qaraçuxur" məscidi, Xəzər rayonu "Mir Mövsüm ağa məscidi, Nizami rayonu "Keşlə qəsəbə məscid"i, Sumqayıt şəhər "Cümə məscidi, Gəncə şəhər "İmamzadə məscidi, Mingəçevir şəhər "Heydər məscidi, Şəki şəhər "Cümə məscidi, Lənkəran şəhəri "Böyükbazar" məscidi və Bərdə şəhər "Cümə məscididir.

Amid Əyyuboğlu