Azərbaycanda qəribə hadisə baş verib.

Unikal.org baku.ws-ə istinadən bildirir ki, Məhəmmədi qəsəbəsindəki pomidor bağlarında müşahidə kamerasının qida blokundan (adapter) ilan çıxıb.

Kamera sistemlərində qısaqapanma olub və anidən fəaliyyəti dayanıb. Problemin həlli üçün usta çağırıldıqdan sonra hər şey aydın olub.
 

Usta nasazlığı araşdıranda qida blokunda ilan olduğunu görüb.

Videonu usta Ramazan Canımov çəkib.