"Sosial şəbəkədə deyilənlərə inanmayın

Unikal.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, Aşura günü Nardaranda və cənub bölgəsində dini ayinlərin icrası zamanı heç bir insident yaşanmayıb: "Nardaranda və cənub bölgəsində sabitlik hökm sürür. Hər kəs məscidlərə gedərək dini ayinləri yerinə yetirir. 
Nardaran sakinləri "Rəhiməxanım ziyarətgahında toplaşıblar. Orada sərbəst şəkildə tədbirlərini keçirirlər. Elə həmin ziyarətgahda da qanvermə aksiyası keçirilir. Ona görə də Nardaranda və Lənkəranda heç birr problem yoxdur. Bu baxımdan da hüquq-mühafizə orqanlarının burada dini ayinlərin keçirildiyi yerlərə məxsusu cəlb olunmasına ehtiyac olmayıb. Hüquq-mühafizə orqanları adi rejimdə fəaliyyətlərini davam etdirir.

Komitə sədri qeyd edib ki, bu cür yalan məlumatlar adətən sosial şəbəkələrdə yayılır: "Mən sosial şəbəkələrdə yayılan məlumatlara səhih məlumatlar kimi yanaşmağın tərəfdarı deyiləm. Sosial şəbəkə azad və sərbəst virtual məkandır. Bu məkanda hər kəs istədiyi məlumatı yaya bilir. Ona görə də bu cür məlumatları dəqiqləşdirmədən, araşdırmadan KİV-in məlumatı səviyyəsində yaymaq məntiqə uyğun deyil. Lənkəranda hər şey qanun çərçivəsində həyata keçirilir. Bu rayonda da məscidlərdə qanvermə aksiyaları təşkil olunub. Lənkranda məscidlərdən kənara çıxış halları müşahidə olunmayıb. Mən Lənkəran rəhbərliyi və bizim yerli şöbə ilə də əlaqə saxlamışam. Heç Lənkəranda da heç bir insident qeydə alınmayıb.






Amid Əyyuboğlu