Taksimin İstiqlal Caddesində bu mənzərə ilə qarşılaşanlar bir anlıq çaşıb qalıblar.

Unikal.org milliyet-ə istinadən bildirir ki, bir ərəb turist qadın uşağını qolundan qalın iplə bağlayaraq gəzdirərkən görüntülənib.

İddia edilir ki, qadın təxmini 4-5 yaşlı oğlunu itirməmək üçün bu addımı atıb.

Bu olay bir şəhər sakini tərəfindən mobil telefonun kamerası ilə çəkilib. Videodan da göründüyü kimi, çox keçmir ki, uşaq və qadın kütləyə qarışaraq gözdən itiblər.