Azərbaycanda fəaliyyət göstərən daha bir televiziya kanalının yayımı dayandırılıb. 

Unikal.org-un əldə etdiyi məlumata görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "İnteraz" telekanalının "Azərspace" peykində yayımının dayandırılması ilə bağlı qərar qəbul edib. 

Bu gün axşam saat 18:00 radələrindən etibarən kanal yayımdan çıxarılıb. Nazirliyin hansı səbəbdən belə bir qərar verməsi hələlik açıqlanmır.

Elvin Rüstəmov