Hüquq-mühafizə orqanları tərəfindən Bakı şəhəri, Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində dini kitab və vəsaitlər satılan mağazalardan birində əməliyyat həyata keçirilib.

Unikal.org xəbər verir ki, bu barədə "Reporta Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, nəticədə çoxlu sayda qadağan olunan ədəbiyyat, Aşura mərasimlərində istifadə olunması üçün nəzərdə tutulan və üzərində radikal və dini ekstremizmi, dini ayrı-seçkiliyi təbliğ edən şüarlar yazılan köynəklər, baş geyimləri aşkar olunaraq götürülüb.

Faktla bağlı prokurorluqda araşdırmalar davam etdirilir.