Türkiyənin Manisa Ruh Sağlamlığı və Xəstəlikləri Xəstəxanasında, ətraf mühitə və özünə zərər verməməsi üçün yatağa bağlanan bir xəstə, bir başqa xəstənin köməyiylə cibindən çıxardığı alışqanla yatağına od vurub.
Unikal.org xəbər verir ki, vəziyyətdən xəbərdar olan tibb bacıları ilə təhlükəsizlik işçilərinin köməkliyi ilə alov söndürülüb. Bu anlar xəstəxananın təhlükəsizlik kamerasına əks olunub.
Ayaqları və əlləri yatağa bağlanan xəstə, bu vəziyyətdən xilas olmaq üçün xidmətdə yatan digər iki xəstədən əllərinin açımasını tələb edib. Lakin bu baş tutmayıb.
Vəziyətdən çıxış üçün otaqda yatan xəstələrdən birini yanına çağırıb, cibindəki siqaret və alışqanı çıxarmasını istəyib. Cibindəki siqaretdən digər xəstəyə təklifdə edib. Bundan sonra alışqanı onun əlinə qoymasını tələb edib. Bundan sonra əlindəki alışqanla yatağına od vurub.
Xəstəxana rəhbərliyi, hadisələ əlaqədar istintaqa cəlb edilib.