Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi, general Hulusi Ðkar ABŞ-a səfərə gedib.
Unikal.org bildirir ki, bu barədə xəbəri NTV telekanalı yayıb.
Akar İŞİD terror qruplaşmasına qarşı ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyaya üzv ölkələrin baş qərargah rəhbərlərinin iclasında iştirak edəcək.
Qeyd edək ki, koalisiyaya 65 ölkə daxildir.
Xatırladaq ki, Hulusi Akara Türkiyədə 15 iyul dövlət çevrişinə cəhd zamanı FETÖ üzvü olan hərbçilər tərəfindən girov götürülmüşdü.