"2016-cı ilin 9 ayı ərzində isə "Şəki Elektrik stansiyasında 165,9 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib.

Bu barədə Unikal.org-a "Azərenerji ASC-nin mətbuat xidmətindən daxil olan məlumatda bildirilir.

Avadanlıqların iş səmərəliliyinin artırılması və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş, məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.

Enerji istehsalı üzrə verilmiş dispetçer tapşırıqlarının yerinə yetirilməsi ilə yanaşı stansiyanın mövsümə hazırlığı da diqqət mərkəzindədir. Avadanlıqların keyfiyyətli istismarının təşkil edilməsi, qəza və imtinaların sayının minimuma endirilməsi üçün qabaqlayıcı tədbirlər həyata keçirilib və bu proses bu gün də davam etdirilir.

2016-cı ilin son üç ayı ərzində "Şəki ES-də olan porşen tipli aqreqatlarda istismar həddinə uyğun aparılan texniki qulluq işləri zamanı soyutma və yağlama sistemlərində yaranan nasazlıqlar aradan qaldırılmışdır. Eyni zamanda bir aqreqatda təmir işləri başa çatdırılmışdır.

10 aqreqatdan ibarət, ümumi gücü 87 MVt olan bu elektrik stansiyası 2006-cı ildə istismara verilmişdir.