Yer atmosferi işığı göy spektrdə daha yaxşı yaydığı üçün planetimizdə səma göy rəngdə görünür. Başqa kosmik obyektlərin atmosferi Yerdəkindən fərqlənir, bəzilərinin isə atmosferi ümumiyyətlə yoxdur.
Ay, Merkuri, Pluton bu cür kosmik obyektlərdəndir. Onlarda atmosfer olmadığı üçün işıq yayılmır, səma isə tamamilə qaranlıq olur və ulduzlar aydın görünür.
Venerada atmosfer var, amma o, yaşıl və göy rəngləri yaymır. Buna görə də, Venera səması sarı rəngdədir. Üfiq xəttində boz, zenitdə isə narıncıdır.
Mars səması isə sarı-narıncı rəngdədir, çünki planetin atmoferində çox miqdarda qırmızı rəngli toz var. Günəş doğumu və batımı zamanı səma çəhrayı rəng alır, üfiq xəttində isə rəng bənövşəyidən maviyə keçir.
Saturnda səma Yerdəki kimidir. Eynilə planetimizdə olduğu kimi, o, günəş şüasının qırmızı hissəciklərini yaymır.
Uran səması isə akvamarin rəngindədir. Bunun səbəbi planeti təşkil edən maddələrdir. O, əsasən, hidrogen, helium, az miqdarda isə metandan təşkil olunub. Atmosfer mavi və yaşıl rəngləri əks etdirir, qırmızı rəngi isə udur, bunun nəticəsində isə səma rəngi gözəl görünür.
Neptunda səma göy rəngdədir. Planetin atmosferində metan qazı üstünlük təşkil etdiyindən o, qırmızı rəngi udur.
Qaz nəhəngi Yupiterin atmosferi sıx buludlardan təşkil olunub. Buludların rəngi isə hündürlükdən asılı olaraq dəyişir. Ən yuxarıdakılar qırmızıdır, daha sonra ağ və qəhvəyi rənglər gəlir, ən aşağıda isə buludlar mavi rəngdə görünür.
kosmikmateriya.info