Türkiyədə doğulan uşağın qanında heroin tapılıb. Doğulan uşağın anası 19 yaşında ikən həm hamilə vaxtında, həm də əvvəllər heroin istifadəçisi olub.
Unikal.org türkiyə mətbuatına istinadən bildirir ki, Konyada narkotik maddə aludəçisi olan qadının doğduğu uşağın qanında heroin tapılıb. O, xəstəxanada müalicə olunur. Həkimlər ona ciddi şəkildə nəzarət edirlər. Həkimlərin dediyinə görə, bəzən uşağın bədəni narkotik tələb edir, bu anda uşaq əsəb və stress keçirir.