Hansı bürcün yalan danışmaqdan zəhləsi
gedir, hansı yalan danışmaqda ustadır və yaxud da ən çox hansı yalanları
danışırlar?Unikal.org publika.az-a istinadən bürclərin yalana münasibəti haqqında
məlumatı təqdim edir:Qoç bürcü: Yalan danışmağı sevməyən və
bacarmayan Qoçların yalan söylədiyindən şübhələnirsinizsə, üstünə gedin. Üstünə
getsəniz, həqiqəti öyrənə bilərsiniz. Çünki onların nə özünü müdafiə, nə də
uydurmaq qabiliyyəti var.Buğa bürcü: Hər zaman lüks həyat və pul
hərisi olan buğaların ən zəif damarı yalandır. Onlar çox vaxt pulları
olmadığından şikayət etsə də, belə deyil. Buğaların hər ehtimala qarşı
ehtiyatda mütləq pul saxlayırlar. Onlar gözə gəlməkdən qorxduqları üçün
pullarının sayını-hesabını gizlədirlər.Əkizlər bürcü: Əkizlərin yalanını tutmaq çox
çətindir. Çünki Əkizlərin inandırmaq qabiliyyətləri olduqca yüksəkdir. Elə
hekayələr uydurub danışacaqlar ki, lap məəttəl qalacaqsınız. Hətta ağzınızı
açıb bir söz deməyə çəkinəcəksiniz.Xərçəng bürcü: Adətən çıxılmaz vəziyyətdən
çıxmaq üçün yalana əl atırlar. Yalanları da vəziyyəti düzəltmədiyi halda
özlərini pis hiss edərlər. Nəticə etibarı ilə həqiqətlər ortaya çıxır.Şir bürcü: Yalanı əyləncə kimi görən
Şirlər hekayə qurmağı xoşlayırlar. Siz dinlədikcə o sizi hipnoz edərək
inandıracaq. Sizə sadəcə alqışlamaq və kənardan baxmaq qalacaq.Qız bürcü: Hər sözü üzə dedikləri üçün
yalana və riyakarlığa nifrət edirlər. Buna görə də onların danışdığı yalanlar
nəticə etibarı ilə həqiqətə yaxın olur. Ya həqiqəti yumşaldıb yalan danışarlar,
ya da çox əhəmiyyətsiz məsələlər haqqında yalan uydurarlar.Tərəzi bürcü: Tərəzilər yalan danışmaqda
ustadırlar. Yalanları elə məsum söyləyirlər ki, inanmamaqda çətinlik
çəkəcəksiniz. Gülən gözlərin arxasında yalan danışan hiyləgər adamın olduğuna
şübhə etməyəcəksiniz.Əqrəb bürcü: Nə yalan danışmağı, nə də yalan
eşitməyi xoşlayırlar. Yalanın nazı ilə oynamaqdansa, sərt həqiqətə üstünlük
verirlər.Oxatan bürcü: Yalan danışmağı xoşlamırlar,
hətta dürüstlükləri ilə qarşındakı insanı sancırlar. Yalan danışdıqları zaman
isə yox olmaq üçün yer axtarırlar. Əslində, söylədikləri yalanların əksəriyyəti
də həqiqətə yaxındır.Oğlaq bürcü: Oğlaqlar sizə yalan danışırsa,
özünü narahat hiss etməyə başlayır. Nə isə demək istəyirmiş kimi ətrafda gəzib
dolaşır. Yəni, özü öz yalanını açıb ağardır.Dolçalar: Dolçalar adətən gələcək planlarından
söz düşəndə yalan uydururlar. Bu cür yalanların demək olar ki, hər biri
düşünülmüş və qüsursuz olur. Həqiqəti bilsəniz də, onlara inanmamaqda çətinlik
çəkəcəksiniz. Çünki onların yaradıcılıq qabiliyyətlərinə söz ola bilməz.Balıq bürcü: Müqəddəs həqiqət onlar üçün hər
zaman ilk yerdə dayanır. Ancaq başqalarına zərər gəlməsin deyə, onların yaxşılığını
düşündükləri üçün yalan danışırlar. Sizin yaxşılığınızı düşünən fədakar
balıqlar dediyi yalana o qədər inanar ki, ona qəzəblənməyə ürəyiniz gəlməz.
Ən yalançı bürclər
20:44 16-10-2016
CƏMİYYƏT
Digər Xəbərlər
2025-01-05 00:43:00
2025-01-04 23:16:00
2025-01-04 19:06:15
2025-01-04 19:00:00
2025-01-04 18:53:14
2025-01-04 16:46:19
2025-01-04 15:02:36
2025-01-04 14:43:48
2025-01-04 14:34:51
2025-01-04 14:32:17
2025-01-04 14:21:44
2025-01-04 13:38:55
2025-01-04 13:20:36
2025-01-04 12:29:17
2025-01-04 11:10:12
2025-01-04 10:53:20
2025-01-04 09:56:01
2025-01-04 09:08:41
2025-01-04 08:47:53
2025-01-03 23:04:23