Yaxın bir neçə gün ərzində Rusiya və Suriyaya qarşı yeni sanksiyaların tətbiqi barədə qərar qəbul edilə bilər.
Unikal.org bildirir ki, APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Con Kerri Londonda keçirdiyi mətbuat konfransında bəyan edib.
"Biz əlavə sanksiyaların tətbiqini müzakirə edirik, prezident Obamada müxtəlif variantları nəzərdən keçirir. Düşünürəm ki, yaxın bir neçə gün ərzində məsələyə aydınlıq gətiriəcək", - deyə C.Kerri bildirib.
Bundan əvvəl Böyük Britaniyanın xarici işlər naziri Boris Conson bildirib ki, ABŞ və Böyük Britaniya Hələbdəki vəziyyətə görə Suriya və Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edə bilər.