Hacıqabul rayonunda dəm qazından zəhərlənmə qeydə alınıb.

Unikal.org report-a istinadən bildirir ki, Hacıqabul şəhəri M.Rəsulzadə küçəsində yaşayan 15 yaşlı Hüseyn Ələsgər oğlu Ələsgərov hamamda çimərkən dəm qazından zəhərlənib. Yaxınları tərəfindən o, Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.