Unikal.org "Xəzər Maqazin"ə istinadən bildirir ki, əməkdar artist, Bakılı Oğlanlar komandasının üzvü Bəhram Bağırzadə yaman qəzəblənib. Aktyorun əsəbləşməsinin səbəbi isə, yumor aktyorlarının çəkdiyi filmlərdir: 

"Həmin filmlərə fikir bildirmək üçün ən azından, çəkilən o ekran işlərini izləmək lazımdır. Filmin afişasına baxıb, orada kimlərin çəkildiyini görəndə gedib baxmıram". B.Bağırzadə əlinə qılınc alıb, bu filmləri çəkənləri də yerlə yeksan edib. "Güldürməyə nə var ki?! Əssa odur düşündürməyi bacarasan. Rəhmətlik Habil müəllimin sözü yadıma düşdü. Ona sual vermişdilər ki, sizin tələbələriniz var?O da cavabında deyib, yoxdur. Baxdım sağıma, soluma görsüm hamı çalır".

İxtisasca rejissor olan B.Bağırzadə nədənsə kamera arxasında dayanmaq istəmir: "Özümdə hələ o gücü hiss etməmişəm. Bilirəm ki, nə vaxtsa film çəksəm, onu izləməyə gələn olmayacaq. Və mənim filmə çəkmək istədiyim aktyorlarım da yoxdur. İstədiyim aktyorların çoxusu dünyasını dəyişib".