Oktyabrın 15-i dünyasını dəyişən, görkəmli rəqqas, əməkdar artist Kamil Dadaşovun üç mərasimidir. 

Unikal.org bildirir ki, bu barədə primetime.az-a sənətkarın qızı Nigar Abdullayeva açıqlama verib. 

"Atam uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirdi. Uzun illər rəqs sənəti ilə məşğul olması ayaqlarında da, ciddi problemlər yaratmışdı. Bir aydır ümumiyyətlə yeriyə bilmirdi. Onu əllərimiz üzərində gəzdirirdik. Canını, sağlamlığını rəqsə qurban verən bir insan dünyadan əməkdar artist kimi köçdü. Nə yazıq ki, bizdə belədir. Kamil müəllimin oğlu yoxdur. 5 qızı var. Amma şükür Allaha ki, 6 oğul nəvəsi var. Elə, son mənzilə də onların çiynində getdi. Atamı vəsiyyətinə uyğun olaraq Zabratda, anamın yanında dəfn etdik. " 

Xatırladaq ki, Kamil Dadaşov Azərbaycan rəqs sənətinin inkişafında əvəzsiz xidmətləri olan sənətkarlarımızdan biri olub. 1936-cı il sentyabrın 26-da Bakının Novxanı kəndində anadan olan K.Dadaşov dövrünün məşhur rəqqasları ilə eyni səhnəni paylaşıb. Azərbaycanın milli rəqs havalarının yaradılmasında, inkişafında müstəsna xidmətlər göstərib.

 Kamil Dadaşov ötən ay 80 illik yubileyini qeyd edib.

Картинки по запросу kamil dadasov
Картинки по запросу kamil dadasov
Картинки по запросу kamil dadasov