Ən daşürəkli adamlar Baltikyanı və Şərqi Avropa ölkələrində yaşayır.

Unikal.org -un xarici mediaya istinadən bildirir ki, ən mərhəmətli insanlar isə Latın Amerikası və Fars körfəzi ölkələrindədir.

Bu haqda psixoloqların 63 ölkədə mentalitetlə bağlı apardığı araşdırma zamanı əldə edilən nəticələrdə qeyd olunub.

Alimlərin aşkar etdikləri xüsusiyyətlərə əsaslanaraq, belə fikrə gəliblər ki, bu, həm xalqın mentalitetinə, həm də həmin xalqın qavrayışlarına təsir göstərir.

Ən daşürəklilər Polşa, Litva, Estoniya və Bolqarıstanda yaşayanlar hesab edilib. Daha mərhəmətlili və emosional əhalinin isə Ekvador, Səudiyyə Ərəbistanı, Peru və Danimarkada olduğu bildirilir.