Tailand kralı Pxumipon Adulyetanın vəfatı ilə bağlı Banqokdakı "Qırmızı fənərlər" küçəsində işin dayandırılması bu ölkədəki turistlərin narazılığına səbəb olub.
Unikal.org xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Belə ki, turistlər bu ölkəyə əylənmək üçün gəldiklərini deyərək, yeni qərara narazılıqlarını bildiriblər. Oktyabr Tailandda turist mövsümünün başlanğıcı hesab olunur. Bu ayda ölkəyə orta hesabla 3 milyon turist gəlir. Onların çoxu "Qırmızı fənərlər"dəki barlara baş çəkirlər.
İyirmi üç 23 yaşlı britaniyalı Liam Pirs bildirib ki, turist səfəri etdiyi ölkədə ancaq apteklər işləyir.