50 qəpiyə paltarlar,1 manata qazanlar ,3 manata ayaqqabılar... Digər yerlərdən qat-qat ucuz olan mixtəlif əşyalar...

Bütün bunları Bərdənin şənbə və bazar günləri fəaliyyət göstərən bazarında tapmaq olar. Burada ancaq köhnə paltarlar və işlənmiş əşyalar satılır. Tikiş maşınları, samovarlar və elektrik əşyaları bazarda ən çox satılanlar sırasındadır.

Paltarların ən bahalısı isə 2 manatdır. 50 qəpiyə də nəsə tapmaq mümkündür.

Bəziləri malları başqa yerlərdən alıb burda satsa da ,bəziləri evindəki köhnə əşyaları satışa çıxarır.

Bazara təkcə Bərdədən yox, ətraf rayonlardan da mal gətirilər. Heç yerdə satılmayan köhnə əşiyarı burdan tapmaq mümkündür...

Unikal.org "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.