Pakistanda baş verən partlayış nəticəsində 3 nəfər ölüb, onlarla insan yaralanıb.

Unikal.org-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Kəraçi şəhərində, məscidin qarşısında baş verib.

İlkin məlumata əsasən, naməlum şəxs məsciddən çıxan zəvvarlara tərəf qumbara atıb. Ölənlərdən 1-in qadın, 2-nin isə uşaq olduğu bildirilir.

Hazırda heç bir terror təşkilatı hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.