200-dən artıq məhbus San-Paolo ştatının Franku-da-Roşa yaşayış məntəqəsində yerləşən həbsxanadan qaçıb.
Unikal.org bu barədə TASS-a istinadən məlumat verir.
Məlumata görə, qaçmış məhbusların sayı hətta 300-ə yaxın ola bilər, hələ dəqiq say məlum deyil.
Məlumatda qeyd edilir ki, məhbuslar penitensiar müəssisədə yanğın törətməklə qaçmağa müvəffəq olublar. Qaçmış məhbuslardan əksəriyyətinin həbsxananın psixi xəstəxanasında müalicə aldıqları bildirilir.