Bakının Yasamal rayonunda kütləvi dava olub.

Unikal.org teleqraf.com-a istinadən xəbər verir ki, hadisə rayonun N.Hikmət küçəsi, 29/34 ünvanındakı parkda qeydə alınıb. Parkda gəzişən Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Elnur Məmmədova 7-8 nəfər gənc hücum edib. Hücum edən şəxslər Elnur Məmmədovu döyərək, onun bədənini müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetiriblər. Hadisənin xuliqanlıq zəmnində baş verdiyi bildirilir.

Hazırda Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsində araşdırma aparılır.