Səudiyyə Ərəbistanı Krallığının ikinci vəliəhdi, baş nazirin ikinci müavini, müdafiə naziriMəhəmməd bin Salman bin Əbdüləziz Al Səud maaşları kəsib dövlət büdcəsindən özünə 550 milyonluq yaxta alıb.
Unikal.org-un "Millyet"ə istinadən verdiyi məlumata görə, vəliəhdin aldığı 120 metr uzunluğundakı yaxta rusiyalı iş adamlarından birinə məxsusdur.
"The New York Times"ın xəbərinə görə, 31 yaşlı şahzadə Fransada istirahətdə olarkən həmin yaxtanı görüb və bir neçə saat ərzində onu alıb.
Qeyd olunur ki, Məhəmməd bin Salmanın işçilərin maaşını kəsərək bu yaxtanı alması xalq arasında etirazla qarşılanıb.