Bu gün axşam saatlarında Salyan rayonunun Şorsulu kəndində 81 yaşlı kənd sakini Əhmədov Ağaqasım Əbilqasım oğlu piyada gedərkən yolun kənarındakı gölməçəyə yıxılaraq boğulub.
Unikal.az xəbər verir ki, virtualaz.org-a kənd sakinlərinin verdikləri məlumata görə, Ağaqasım Əhmədovun 2 oğlu Rusiyada uğurlu iş adamlarıdır. Onlar həm də kənddəki "Qardaşlar" şadlıq evinin sahibidirlər.
Faktla bağlı Salyan Rayon Prokrorluğunda araşdırmalara başlanılıb.