Bu gün mənimsəmədə təqsirləndirilən "Zaminbank" ASC-də filial müdiri vəzifəsində işləmiş Müşfiq Bayramov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində təqsirləndirilən Müşfiq Bayramovun həyat yoldaşı Aygün Bayramova ifadə verib. O, ifadəsində bankdan 253 min manat kredit götürdüyünü bildirib.
Proses oktyabrın 28-də davam edəcək.
Qeyd edək ki, "Zaminbank" ASC-də filial müdiri vəzifəsində işləmiş M.Bayramov sənədləri saxtalaşdırmaqla ayrı-ayrı şəxslərin adından banka depozit kimi qoyulmuş külli miqdarda - 41 min 300 manat pulu mənimsəməkdə təqsirli bilinir. O, Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə və ya israf etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4 (mənimsəmə və ya israf etmə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.
M.Bayramovdan başqa 6 nəfər barəsində həbs qətimkan tədbiri seçilməyib