Azərbaycan vətəndaşlarının banklardan asılığını zəiflətmək və əksinə bankların vətəndaşlardan asılılığını artırmaq lazımdır.
Unikal.org Trend-ə istinadən məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
Onun sözlərinə görə, devalvasiyadan qorxmaq lazım deyil, sadəcə əmək haqlarını artırmaq lazımdır ki, insanların həyatı yaxşılaşsın.
C.Qurbanov hesab edir ki, vergi sistemində ciddi islahatlar aparmaq və vergi bazasını genişləndirmək lazımdır: "Onu (vergi siyasətini) sərtləşdirmək lazımdır. Hamı vergi ödəməlidir, lakin əhalinin bəzi təbəqələri üçün vergi dərəcələrini yüngülləşdirmək lazımdır ki, insanlar gəlirlərinə uyğun vergi ödəsinlər".