Qubanın Xınalıq kəndi ən ucqar bölgələrdən olduğundan universiteti başa vuran gənclər, xüsusilə oğlanlar orada müəllim kimi çalışmaq istəmirlər.

Unikal.org xəbər verir ki, Xınalıq kənd orta məktəbinin direktoru Ənvər Hacıməmmədov Modern.az-a açıqlamasında kənddə işləyən müəllimlərin sayını açıqlayıb.

"Hal-hazırda Xınalıq kəndində 3 gənc müəllim çalışır. Biri Bakının Qobu qəsəbəsindən, biri Qubanın Alekseyevka kəndindən, digəri isə Oğuz rayonundan Xınalığa dərs keçməyə gəliblər.

Bakının Qobu qəsəbəsindən gələn müəllim ibtidai sinifdə dərs deyir, Qubadan olan müəllim riyaziyyat fənnini, Oğuzdan olan müəllim isə fizika fənnini tədris edir.

Məktəb direktorunun sözlərinə görə, hər 3 xanım işlərini çox sevir.

"Gənc müəllimlər burada hər cür şəraitlə təmin olunub. Onlar Xınalıqda minimum 3 il müddətində dərs deyəcəklər. Çalışarıq ki, 3 ildən sonra da burada qalıb müəllim kimi fəaliyyət göstərsinlər.