Azərbaycanda publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək dövlət xəstəxanaları qismən, bələdiyyə xəstəxanaları isə əsasən pullu xidmət göstərəcək.

Unikal.org apa-ya istinadən məlumatına görə, bu, Nazirlər Kabinetinin "Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsinə etdiyi dəyişiklikdə əksini tapıb.

Nizamnaməyə əsasən indiyə qədər dövlət xəstəxanalarının vəzifəsi pulsuz tibbi xidmət göstərmək olub. Bu müəssisələrin yalnız növləri Nazirlər Kabinetitərəfindən müəyyən edilən ixtisaslaşdırılmış pullu tibbi yardım göstərmək hüququ var idi. Dəyişikliyə əsasən isə bundan sonra dövlət xəstəxanaları yalnız "Əhalinin sağlamlığı nın qorunması haqqında qanunla müəyyən edilmiş hallarda pulsuz xidmət göstərəcək. Eyni zamanda, dövlət adından yaradılan müəssisələrdə əvvəlki qaydada növləri Nazirlər Kabineti tərəfindən müəyyən edilən ixtisaslaşdırılmış pullu tibbi yardım xidməti olacaq.

Nizamnaməyə edilən digər dəyişikliyə əsasən bələdiyyə adından yaradılan müəssisələrdə pullu tibbi xidmət göstəriləcək. Yalnız "Əhalinin sağlamlığının qorunması haqqında qanunda müəyyən edilmiş pulsuz tibbi xidmət göstərmə halları istisna olacaq.

Qeyd edək ki, "Əhalinin sağlamlığının qorunması haqqında qanun pullu və pulsuz tibbi xidmətlərlə əlaqədar istisnaları müəyyən edir. Qanuna əsasən Azərbaycan ərazisində daimi yaşayan əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin onkoloji müəssisələrdə müayinə və müalicəsi ödənişli əsaslarla həyata keçirilir, onlara təxirəsalınmaz onkoloji yardım isə pulsuz göstərilir. İdmanla məşğul olan uşaqların, yeniyetmələrin, tələbələrin,əlillərin vəpensiyaçıların, məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin dövlət tibb müəssisələrindəpulsuz tibbi nəzarət olunmaq hüququ var. Hər bir vətəndaşailənin planlaşdırılması,ətrafdakılarüçün təhlükətörədən xəstəliklərin mövcudluğu məsələlərinəvəailə-nigah münasibətlərinin tibbi-psixoloji cəhətlərinədair, habelənəsildə mümkün olan irsi xəstəliklərəyol verməmək məqsədiləyaşayış yerindəki dövlət və bələdiyyə tibb müəssisələrindəpulsuz məsləhətlər almaq, müayinədən keçmək və dispanser nəzarətində olmaq hüququna malikdir. Hər bir qadın hamilələk dövründə, doğuşvədoğuşdan sonrakıdövrdədövlət səhiyyəsisteminin müəssisələrindəixtisaslaşdırılmıştibbi yardımla pulsuz təmin olunur. Məişət zorakılığından zərər çəkmiş şəxslər dövlət səhiyyə sisteminin müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla pulsuz təmin edilir. Yetkinlik yaşınaçatmayanların peşəyararlığımüəyyənləşdirilərkən pulsuz tibbi məsləhətlər almaq hüququ var. Pensiyaçıların evdə, dövlət səhiyyəsistemi müəssisələrindətibbi yardımla, eləcədəsosial müdafiəsistemi müəssisələrindətibbi-sosial yardımla pulsuz təmin olunmaq, tibbi rəyəsasında sosial sığorta vəya sosial-müdafiəorqanlarının vəsaitləri hesabına güzəştlişərtlərləsanatoriya-kurort müalicəsi almaq vəreabilitasiya olunmaq hüquqlarıvar.

Eyni zamanda, fövqəladəvəziyyət elan olunmuşyerlərdəziyançəkmişvəekolojişəraitinəlverişsiz olduğuərazilərdəyaşayan vətəndaşların qanunvericilikdəmüəyyən edilmişqaydada pulsuz tibbi yardım, sanatoriya-kurort, bərpa müalicəsi almaq, dərman vasitələri, immunbioloji preparatlar vətibbi məmulatlarla təmin olunmaq, eləcədəhəyat vəsağlamlıqüçün təhlükəli amillərin aradan qaldırılması məqsədiləgigiyenik vəəksepidemik tədbirlərdən istifadəetmək hüquqlarıvar. Fövqəladəhallarda insanların xilas edilməsindəvətibbi yardım göstərilməsindəiştirak edərkən ziyançəkmişvətəndaşlar pulsuz müalicə, o cümlədən sanatoriya-kurort müalicəsi vəreabilitasiyanın bütün növləri ilətəmin olunmaq, qanunvericilikdəmüəyyən edilmişqaydada müavinət almaq hüququna malikdir. Qanuna əsasən özəl tibbi praktika ilə məşğul olan şəxslər təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan şəxslərə pulsuz tibbi yardım göstərməlidirlər. Siyahısımüvafiq icra hakimiyyəti orqanıtərəfindən müəyyən edilən ictimai təhlükəli xəstəliklərətutulmuşvətəndaşlara, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla,dövlət səhiyyə sisteminin müalicə-profilaktika müəssisələrindəpulsuz tibbi-sosial yardım göstərilir, onlar qanunvericilikləmüəyyən edilmişqaydada stasionar müalicəvədispanser müşahidəsi ilətəmin olunurlar.

Azərbaycanda dövlət xəstəxanalarının statusunun dəyişməsi nəticəsində dövlət müəssisələrinin fəaliyyətində heç bir dəyişiklik olmayacaq.
Səhiyyə Nazirliyindən (SN) APA-nın sorğusuna verilən cavabda bildirilib ki, dövlət xəstəxanaları pullu olmayacaq və bu məsələ gündəmdə deyil.
Nazirlikdən qeyd olunub ki, Azərbaycanda dövlət və bələdiyyə adından yaradılan tibb müəssisələri publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək. Bu isə o deməkdir ki, dövlət tibb müəssisələri əvvəllər Əsasnamə əsasında fəaliyyət göstərirdisə, bundan sonra Nizamnamə əsasında fəaliyyət göstərəcək.
SN-dən o da bildirilib ki, dəyişikliklərə əsasən, bələdiyyə xəstəxanaları əsasən pullu fəaliyyət göstərəcək. Bələdiyyələr yerli idarəetmə orqanı olduğuna görə Səhiyyə Nazirliyinin onların fəaliyyətinə müdaxilə etmək səlahiyyəti yoxdur.